Maşını yol polislərinin üstünə sürən “Prius” sürücüsü SAXLANILDI  

Maşını yol polislərinin üstünə sürən “Prius” sürücüsü SAXLANILDI  

Hazırda oxunan: Maşını yol polislərinin üstünə sürən “Prius” sürücüsü SAXLANILDI  

133232

Bakıda maşını yol polislərinin üstünə sürən şəxs saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda maşınları əzən “Prius” sürücüsünü polislər belə YAXALADI - VİDEO


Bu gün səhər saat 7:50 radələrində paytaxtın Cəfər Xəndan küçəsində, Azadlıq prospekti istiqamətində hərəkətdə olan dövlət qeydiyyat nişansız “Toyota Prius” markalı avtomobilin sürücüsü ardıcıl olaraq qayda pozuntuları etməklə ətrafdakı insanların həyat və sağlamlığına təhlükə yaradıb. Sürücü polisə tabesizlik göstərməklə onların qanuni “saxla” əmrinə tabe olmayıb: 

"Nəticədə bir neçə nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Həmin şəxs saxlanılaraq 19-cu Polis Bölməsinə təhvil verilib, əməlinə hüquqi qiymət verilməsi üçün iş aidiyyəti üzrə məhkəməyə təqdim ediləcək". 

Araz Əsgərli onu da qeyd edib ki, təfərrüatları barədə məhkəmənin qərarırndan sonra ətraflı məlumat təqdim ediləcək.  

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə paytaxtın Əcəmi metrostansiyasının yaxınlığında “Prius” sürücüsünün yol polisi əməkdaşlarına qarşı tabesizlik göstərməsi və maşını onların üstünə sürməsi ilə bağlı görüntülər yayımlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO