Göyçayda Zərifə Əliyevanın anadan olmasının 100 illiyi ilə bağlı tədbir KEÇİRİLDİ - FOTO 

Göyçayda Zərifə Əliyevanın anadan olmasının 100 illiyi ilə bağlı tədbir KEÇİRİLDİ - FOTO 

Hazırda oxunan: Göyçayda Zərifə Əliyevanın anadan olmasının 100 illiyi ilə bağlı tədbir KEÇİRİLDİ - FOTO 

133169

Göyçayda Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, tədbir Göyçay Rayon Mərkəzi Xəstəxanasında təşkil olunub. 

Tədbirdə çıxış edən Göyçay Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Yaşar Əhmədov görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurların Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil etdiyini qeyd edib. 

Digər çıxış edənlər bildiriblər ki, Zərifə xanım Əliyeva gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim olmaqla yanaşı Ulu Öndərin ən yaxın silahdaşı olub.  

Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca gözlərimiz önündə onun portreti yaranır.  

Milli Məclisin deputatı Məzahir Əfəndiyev də digərləri Zərifə xanım Əliyevanın Azərbaycan oftalmologiya elmini dünya təbabətində beynəlxalq oftalmologiya elmi mühiti səviyyəsinə qaldırması, elmi-pedaqoji fəaliyyəti, çox şaxəli elmi-tədqiqat işləri, yüksək ixtisaslı gənc alim kadrları yetişdirməsi, xalqının tərəqqisi və maariflənməsinə əvəzsiz töhfələr verməsi və zəngin mənəviyyata sahib olmasından söz açıblar, xalqımızın qəlbində əbədi yaşayacağı, daim dərin ehtiram və rəğbətlə anılacağını qeyd ediblər. 

Tədbirdə akademik Zərifə xanım Əliyevanın şərəfli həyat yolundan, elmi nailiyyətlərindən, ictimai xadim kimi əvəzsiz fəaliyyətindən bəhs edən qısa videoçarx nümayiş olunub. 

Aqil Əsədov ,Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO