Dolunun təsərrüfatlara vurduğu AĞIR ZİYAN – Zərəri kim qarşılayacaq? – FOTO 

Dolunun təsərrüfatlara vurduğu AĞIR ZİYAN – Zərəri kim qarşılayacaq? – FOTO 

Hazırda oxunan: Dolunun təsərrüfatlara vurduğu AĞIR ZİYAN – Zərəri kim qarşılayacaq? – FOTO 

133108

Bir neçə gün öncə Cənub bölgəsində güclü küləklə müşayiət olunan dolu fermer təsərrüfatlarına ciddi ziyan vurub. 

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, Cəlilabadda çiyələk sahələrində yetişmiş məhsul kol üstündə çürüyüb yerə tökülür. 
 

MÖVZU İLƏ BAĞLI:

Qida əlavələri fayda gətirir, yoxsa FƏLAKƏT? – Gizlədilən HƏQİQƏT


Dolu zamanı düşən buz parçaları çiyələk kollarını zədələdiyi üçün sahələrdə sürətlə çürümə gedir. 

Fermer Vurğun Əliyev yetişmiş məhsulun yarısını çölə tökdüklərini deyib: 

“Tufan başlayanda çiyələk sahələrini sulayırdıq. Birdən göydən buz yağmağa başladı. Kolların üstündə yetişmiş və kal meyvələri zədələdi. İndi zədələnmiş meyvələr çürüməyə başlayıb”. 

Fermer Fərman Baloğlanov isə ömründə belə tufanla qarşılaşmadığını deyir:

“Canımızı sahədən götürüb qaçdıq. Səhər sahəyə gələndə hər şeyin məhv olduğunu gördük”. 
Fermerlər deyir ki, mövcud hava şəraiti istixanalarda becərilən məhsula da mənfi təsir göstərib.

Problemlə bağlı Dövlət Aqrar Mərkəzinin bitkiçilik sektorunun müdiri Mübariz Nadirov bildirib ki, rayonda baş verən qasırğa və yağan dolu çiyələk təsərrüfatlarına ciddi ziyan vurub. Yetişmiş məhsul kol üzərində çürüyərək yerə tökülür. Bu hal şübəhəsiz  çiyələyin qiymətinə də təsir göstərəcək. 
Sektor müdiri onu da əlavə edib ki, fermerlər əkin sahələrini sığortalamaq marağında olmadıqları üçün təbbi fəlakət zamanı belə çıxılmaz vəziyyətə düşürlər:

“Əgər əkin zamanı sahələr sığortalansa fors-major hallarda dəymiş ziyan qarşılanar”.




Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO