Azərbaycan Ordusunun döyüş hazırlığı yoxlanıldı – VİDEO  

Azərbaycan Ordusunun döyüş hazırlığı yoxlanıldı – VİDEO  

Hazırda oxunan: Azərbaycan Ordusunun döyüş hazırlığı yoxlanıldı – VİDEO  

133023

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, piyadaların döyüş maşınları (PDM) ekipajlarının döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə çalışmalar icra edilib. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Ümumqoşun poliqonunda keçirilən döyüş atışlı təlimlərdə PDM ekipajları sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmaları yerinə yetiriblər. 

Müxtəlif maneələrin dəf edilməsi ilə döyüş maşınlarının çətin keçilən ərazilərdə idarə olunması, eləcə də zirehli texnikadan atəş açma üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib. 

Məşğələlərin keçirilməsində əsas məqsəd hərbi qulluqçuların fərdi bacarıqlarının inkişaf etdirilməsi və bölmələrin döyüş qabiliyyətinin daha da artırılmasıdır. 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO