Masallı sakini Mehriban Əliyevaya müraciət etdi

Masallı sakini Mehriban Əliyevaya müraciət etdi

Hazırda oxunan: Masallı sakini Mehriban Əliyevaya müraciət etdi

132998
Masallı rayon Şərəfə kənd sakini Məmmədov Saleh Zahir oğlu Moderator.az ”“ a yolladığı məktubunda Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya müraciət edib.

Müraciətdə deyilir:

"Hörmətli Mehriban xanım!

Mən Məmmədov Saleh Zahir oğlu 1985 ”“ ci ildə Masallı rayon Şərəfə kəndində anadan olmuşam. Azərbaycan Terxniki Universitetinin məzunuyam. Hərbi xidmətimi cəbhədə Tərtərin Tapqaraqoyunlu kəndində keçmişəm. İxtisasca mühəndisəm və iki il “Azərsun”x9dda mühəndis işləmişəm. 2008 ”“ ci ildə ailə qurmuşam. Elə iki qız və bir oğlumun adını sizin ailənin şərəfinə Leyla, Arzu və Heydər qoymuşam.

Amma, bir neçə il öncə belimdən onurğa sümüyümdən keçirdiyim əməliyyatdan sonra, iş qabiliyyətimi itirdim. Hal ”“ hazırda işsizəm. Həkimlər deyir ki, sənə ağır iş görmək olmaz. Evin böyük oğluyam və atamgildə yaşayırıq. Həyətyanı torpaq sahəm var, amma ev tikməyə maddi imkanım çatmır. Ailəmiz böyük olduğuna görə məndən kiçik qardaşım da ailə qura bilmir. Gözləyir ki, mən atamgildən ayrılım və sonra o da evlənsin. Sosial yardım da ala bilmirik.

Hörmətli Mehriban xanım!

Sizdən xahiş edirəm ki, mənə maddi və mənəvi köməkliyinizi əsirgəməyin. Üç azyaşlı uşaqlarımla çox çətinliklə dolanırıq. Valideynlərim olmasa, biz acından ölərik.

Hörmətlə, Masallı rayon Şərəfə kənd sakini Məmmədov Saleh Zahir oğlu.

Tel: 051 ”“ 833 ”“ 00 ”“ 99"
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO