“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Moskvada rusiyalı həmkarı ilə GÖRÜŞDÜ - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Moskvada rusiyalı həmkarı ilə GÖRÜŞDÜ - FOTO

Hazırda oxunan: “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Moskvada rusiyalı həmkarı ilə GÖRÜŞDÜ - FOTO

132964

Rusiyaın paytaxtı Moskva şəhərində "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov və "Rusiya Dəmir Yolları" ASC-nin baş direktoru Oleq Belozerov arasında görüş keçirilib. 

Bu barədə Bizim.Media-ya "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib. 

Görüşdə iki ölkə arasında tranzit yük daşımaları sahələrində əməkdaşlığın inkişaf perspektivləri, xüsusilə "Şimal-Cənub" marşrutu üzrə birgə fəaliyyət planı müzakirə olunub. 
Həmçinin müvafiq marşrutun rəqabətə davamlılığı və əlavə yük həcmlərinin cəlb olunması barədə geniş fikir mübadiləsi aparılıb. 

O cümlədən iki ölkə arasında tranzit vaxtının optimallaşdırılması, sənəd dövriyyəsinin elektronlaşdırılması və marşrutlar üzrə əməliyyatların sinxronlaşdırılması ilə bağlı təkliflər planı geniş müzakirə olunub. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO