Şəhid ailələri üçün vakansiya seçimi mərhələsinin nəticələri AÇIQLANDI  

Şəhid ailələri üçün vakansiya seçimi mərhələsinin nəticələri AÇIQLANDI  

Hazırda oxunan: Şəhid ailələri üçün vakansiya seçimi mərhələsinin nəticələri AÇIQLANDI  

132929

Şəhid ailələrinin üzvləri üçün 20-25 apreldə keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb. 

Bizim.Media xəbər verir ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçiminin nəticələri ilə tanış ola bilərlər. 

Elektron yerləşdirmə zamanı 15 nəfər şəhid ailəsi üzvü müəllim iş yerini dəyişdirmək imkanı qazanıb. Növbəti mərhələdə uğur qazanan namizədlərin sənədlərinin yoxlanılması prosesi həyata keçiriləcək. 
Qeyd edək ki, uğur qazanan namizədlərin sənədləri yoxlanıldıqdan sonra uyğun namizədlər tutduqları vakansiyaya təyin olunacaq. Sənədlərin yoxlanılması prosesi ilə bağlı məlumat namizədlərin şəxsi səhifəsinə göndəriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO