2023-cü ildə doğulan oğlan körpələrə ən çox verilən adlar siyahısında Uğur, qızlarda isə Zəhra ilk sırada qərarlaşıb.
Bizim.Media rəsmi statistikaya əsasən xəbər verir ki, ilin ötən müddəti ərzində doğulan qız körpələrinə ən çox Zəhra (440), Məryəm (387), Aylin (329), Zeynəb (328), Fatimə (298), Nilay (294), Ayla (279), Mələk (276), İnci (238), Nuray (219) adları verilib.
Oğlanlara isə ən çox Uğur (512), Əli (497), Yusif (415), Hüseyn (391), Məhəmməd (317), Raul (276), Ömər (268), Murad (233), Adəm (212), Ayxan (188) adları qoyulub.
Bundan başqa, körpələrə qoyulan adlar arasında Tunar, Fateh, İbrahim, Ümid, Mehdi, Onur, Tuncay, Rəsul, Davud, Amir, Zeyd, Alparslan, Atilla adları, qızlarda isə Melisa, Dəniz, Miray, Mədinə, Xədicə, Banu, Əsma, Leyla, Nazlı, Ayan, Nur, Səma, Yağmur, Fidan, Alisa, Elay, Narin, Nəzrin, Nərgiz, Ahu kimi adlara üstünlük verilib.
Aygün İbrahimli, Bizim.Media
![Bu il körpələrə daha çox hansı adlar verilib? – SİYAHI Bu il körpələrə daha çox hansı adlar verilib? – SİYAHI](https://bizim.media/file/articles/2023/04/26/1682511178_photo_2023-04-26_14-40-05.jpg)
- A-
- A
- A+
Cəmiyyət
17:50 / 26.04.2023
Bu il körpələrə daha çox hansı adlar verilib? – SİYAHI
Hazırda oxunan: Bu il körpələrə daha çox hansı adlar verilib? – SİYAHI
Hazırda oxunan: Bu il körpələrə daha çox hansı adlar verilib? – SİYAHI
132922
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.