Məlum olduğu kimi, 26.04.2023-cü il tarixində saat 09:50 radələrində TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada elektrik şitində tüstülənmə baş verib.
Bizim.Media TƏBİB-dən verilən xəbərə istinadən xəbər verir ki, hadisə nəticəsində tibb müəssisəsinin Reanimasiya və Cərrahiyyə şöbələrində müalicə alan 8 pasiyent Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya, 10 pasiyent Abbas Səhhət adına xəstəxananın Yoluxucu şöbəsinə, 18 pasiyent Gəncə Perinatal Mərkəzinə, 1 pasiyent Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilib.
Eyni zamanda tibb müəssisəsinin 3 əməkdaşı hadisə zamanı xəsarət alıb. Onlardan 2-si Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya, 1-i isə Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyətləri stabildir.
Qeyd edək ki, hazırda Abbas Səhhət adına xəstəxananın mərkəzi korpusunun fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Məlumat üçün bildirək ki, xəstəxanada müalicə alan 1963-cü il təvəllüdlü Nazilə Məmmədovanın ölüm səbəbi ilə bağlı tibbi ekspertiza təyin olunub. Nəticəsi barədə əlavə məlumat veriləcək.
Hadisə ilə bağlı aidiyyəti orqanlar tərəfindən araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:42 / 26.04.2023
Gəncə xəstəxanasındakı yanğına görə 37 şəxs digər tibb müəssisələrinə KÖÇÜRÜLDÜ
Hazırda oxunan: Gəncə xəstəxanasındakı yanğına görə 37 şəxs digər tibb müəssisələrinə KÖÇÜRÜLDÜ
Hazırda oxunan: Gəncə xəstəxanasındakı yanğına görə 37 şəxs digər tibb müəssisələrinə KÖÇÜRÜLDÜ
132910
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.