Əvvəlcə valideynləri inandırdılar, sonra uşaqları peyvənd etdilər – FOTO  

Əvvəlcə valideynləri inandırdılar, sonra uşaqları peyvənd etdilər – FOTO  

Hazırda oxunan: Əvvəlcə valideynləri inandırdılar, sonra uşaqları peyvənd etdilər – FOTO  

132879

Dünya Səhiyyə Təşkilatı və UNICEF-in rayonlarda keçirdiyi immunlaşdırma kampaniyası çərçivəsində yüzə yaxın uşaq peyvənd olunub.   

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondu (UNICEF) 24-29 aprel - Avropa İmmunlaşdırma həftəsində peyvəndlərlə əhatə dairəsi aşağı olan 4 rayonda maarifləndirmə xarakterli silsilə tədbirlər təşkil edib. Belə ki, immunlaşdırma kampaniyası çərçivəsində bu rayonlarda təxminən 200 nəfər pediatr və vaksinator üçün təlimlər, həmçinin uşaqlarına peyvənd vurdurmaqla bağlı tərəddüd edən 400-ə yaxın valideynin iştirakı ilə “Gəlin, peyvənd haqqında danışaq” mövzusunda konfrans keçirilib.   

Aprelin son həftəsində ÜST və UNICEF-in dəstəyi və Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə baş tutan tədbirlər “Peyvəndin vaxtını gecikdirmə! Hər doza vacibdir!” şüarı altında təşkil edilib.
İmmunlaşdırma kampaniyası Qobustan, Yevlax, Mingəçevir və Göygöl rayonlarını əhatə edib.  
Konfranslar zamanı Qobustan və Mingəçevirdə həkim-pediatr Aytən Ziyadova tərəfindən valideynlərə uşaqların vaxtında peyvənd olunmasının əhəmiyyəti haqqında məlumat verdikdən sonra yüzə yaxın peyvəndləmədən kənarda qalan uşaq yerindəcə peyvənd olunub. Eyni zamanda həkim A.Ziyadova tərəfindən Qobustan və Mingəçevirdə fəaliyyət göstərən pediatrlar və vaksinatorlar üçün peyvəndlə bağlı elmi sübutlara əsaslanan son təlimatlar haqqında təlim keçirilib.  

İmmunlaşdırma Həftəsi ərzində Qobustan Rayon Mərkəzi Xəstəxanasında keçirilən valideynlər üçün konfransda UNİCEF-in Azərbaycandakı nümayəndəsi Alex Haykens, Qobustan İcra hakimiyyətinin, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB-in nümayəndələri, Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru və digər səlahiyyətli şəxslər iştirak edib. Qeyd edək ki, kampaniya müddəti boyunca əhali arasında maarifləndirməni gücləndirmək məqsədi ilə sözügedən rayonlarda bütün vaksinasiya məntəqələri uşaq peyvəndləri ilə bağlı çeşidli maarifləndirici materiallar ilə təmin edilib.   

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO