Gəncədə yanan xəstəxanadan 148 nəfər TƏXLİYƏ OLUNDU

Gəncədə yanan xəstəxanadan 148 nəfər TƏXLİYƏ OLUNDU

Hazırda oxunan: Gəncədə yanan xəstəxanadan 148 nəfər TƏXLİYƏ OLUNDU

132835

Bu gün Gəncə şəhər Dövlət Yanğın Mühafizə İdarəsinə 09:52 radələrində Abbas Səhhət adına xəstəxanada yanğın baş verməsi barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bunu FHN-nin Gəncə şəhər Dövlət Yanğın Mühafizə İdarəsinin rəis müavini, daxili xidmət polkovnik Fuad Hüseynov deyib. O bildirib ki, dərhal hadisə yerinə yanğınsöndürən avtomobillər və şəxsi heyət cəlb olunub:

“Hadisə yerinə yanğınsöndürən avtomobillər 09:58-də çatıb. Hadisə yerində çatanda məlum olub ki, xəstəxananın zirzəmisində yerləşən 3 ədəd elektrik şitində yanğın olub və tüstülənmə baş verib. Tüstülənmə xəstəxananın 5 mərtəbəsinə də yayılıb. Dərhal yanğın tərəfimizdən söndürülüb və xəstələr təxliyə olunub. 58 nəfər xəstə və 90 nəfər xəstəxananın işçisi təxliyə edilib. Hadisə nəticəsində 1 nəfər xəstə vəfat edib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır”.

FHN rəsmisi qeyd edib ki, hadisə yerinə 5 ədəd yanğınsöndürən avtomobil, 50 nəfər şəxsi heyət cəlb edilib. Bundan əlavə, regional idarənin xüsusi riskli xilasediciləri əraziyə cəlb olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO