Şəkidə yoxa çıxan qadın iki uşaq anası imiş – ÖZƏL/FOTO

Şəkidə yoxa çıxan qadın iki uşaq anası imiş – ÖZƏL/FOTO

Hazırda oxunan: Şəkidə yoxa çıxan qadın iki uşaq anası imiş – ÖZƏL/FOTO

132827

Bütün bu sualların cavabı hələlik qaranlıq qalır. Sadəcə onun həyatı haqda bəzi təfərrüatlar bəlli olub.   

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 29 yaşlı Şəki rayon İnçə kənd sakini Tünzalə Məmmədova 2011-ci ildən ailəlidir iki övladı var.  
 

MÖVZU İLƏ BAĞLI:

Şəkidə 30 yaşlı qadın İTKİN DÜŞÜB - FOTO


Qızı 3 -cü, oğlu 5-ci sinifdə oxuyur. T. Məmmədova aprelin 15 -də, saat 12 radələrində oğluna “anam gilə gedirəm” deyərək evdən çıxıb. Axşam olduqda qayıtmadığını görən ailə üzvüləri gəlinin yaxınlıqda olan anasıgilin evlərinə gedib. T. Məmmədovanın ora getmədiyini, anasigildə olmadığını öyrəndikdə ailə polis şöbəsinə müraciət edib. Həmin gün kənd sakinləri Tünzalə Məmmədovanı Şəki şəhərində avtovağzal istiqamətində marşrut avtobus soruşduğunu deyirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, Şəki rayonunun Zunud kənd sakini, 1993-cü il təvəllüdlü Tünzalə Məmmədovanın itkin düşməsi ilə bağlı yaxınları tərəfindən rayon polis şöbəsinə müraciət olunub. Onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən axtarış tədbirləri həyata keçirilir. Nəticəsi barədə əlavə məlumat veriləcək.   

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bölgəsi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO