Sabahdan bu avtomobillərin Azərbaycana gətirilməsinə icazə VERİLMƏYƏCƏK

Sabahdan bu avtomobillərin Azərbaycana gətirilməsinə icazə VERİLMƏYƏCƏK

Hazırda oxunan: Sabahdan bu avtomobillərin Azərbaycana gətirilməsinə icazə VERİLMƏYƏCƏK

132818

Sabahdan zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılır.

Bizim.Media xəbər verir ki, bu, Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli qərarında əksini tapıb.

Qərar dərc edildiyi gündən 30 gün sonra – aprelin 28-də qüvvəyə minir.

Dövlət Gömrük Komitəsi bəyan edib ki, 2023-cü il 29 mart tarixinədək (29 mart tarixi də daxil olmaqla) xarici ölkələrdən alınmış və bunu təsdiq edən müvafiq ödəniş sənədləri gömrük orqanlarına təqdim edilməklə gətirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO