“Ermənistanla sərhəddə - Laçında və digər ərazilərdə qurulan istehkamlar virtual sərhədlərimizin də qurulmasını tələb edir”.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa İttifaqının və Avropa Şurasının birgə açıqladığı “Azərbaycanda kibercinayət və kibertəhlükəsizlik barometri” analitik hesabatının təqdimatında Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bildirib.
"Azərbaycan kibertəhlükəsizliyin təmin edilməsi istiqamətində ciddi addımlar atır. Biz maraqlı qüvvələrin Azərbaycan gəncləri arasında müxtəlif dini-teoloji təbliğatda kibervasitələrdən istifadə etdiyini daim görürük. 44 günlük Vətən müharibəsindən sonra yeni Milli Kibertəhlükəsizlik Strategiyasının hazırlanması zərurətə çevrilib.”, - deyə o əlavə edib.
Ziya Hikmətoğlu, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:55 / 26.04.2023
“Virtual sərhədlərimizin yaradılması vacibdir” – Zahid Oruc
Hazırda oxunan: “Virtual sərhədlərimizin yaradılması vacibdir” – Zahid Oruc
Hazırda oxunan: “Virtual sərhədlərimizin yaradılması vacibdir” – Zahid Oruc
132810
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.