Parlamentin sabiq spikerləri indi haradadır? – ARAŞDIRMA 

Parlamentin sabiq spikerləri indi haradadır? – ARAŞDIRMA 

Hazırda oxunan: Parlamentin sabiq spikerləri indi haradadır? – ARAŞDIRMA 

132703

Məlum olduğu kimi, VI çağırış Azərbaycan Milli Məclisinin hazırkı spikeri Sahibə Qafarovadır. O, 2020-ci ildən parlamentin spikeridir. 

Sahibə Qafarovadan öncə, müstəqillik dövründə Parlamentə 7 fərqli siyasi fiqur başçılıq edib. Maraqlıdır ki, 1991-1995-ci illərdə, cəmi 4 il ərzində Ali Sovet adlandırılan parlamentə 5 spiker sədrlik edib.
Parlament Milli Məclis adlandırıldıqdan sonrakı 28 il ərzində isə fəaliyyətdə olan spikerlərin sayı dördə bərabər olub. 

Bizim.Media sabiq spikerlərin indi harada olduqları barədə araşdırma aparıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Sabiq müdafiə nazirləri indi haradadır? – ARAŞDIRMA 


Elmira Qafarova

Müstəqil Azərbaycan parlamentinin ilk sədri Elmira Qafarova olub. O, 5 fevral 1991-ci ildən 5 mart 1992-ci ilə qədər Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsini icra edib. 1993-cü ilin avqustun 1-də 59 yaşında vəfat edib və Fəxri Xiyabanda dəfn olunub. 

Yaqub Məmmədov

Qafarovadan sonra parlamentin rəhbəri Yaqub Məmmədov olub. O, 1992-ci ilin martın 5-dən 18 maya qədər bu vəzifədə çalışıb. Yaqub Məmmədov tibb elmləri doktorudur. Hazırda Azərbaycan Tibb Universitetində müəllim kimi fəaliyyət göstərir. 370-dən artıq elmi əsərin müəllifidir. Onlardan 205-i xaricdə çap olunub. 

İsa Qəmbər

1992-ci ilin mayın 18-dən 1993-cü ilin iyunun 13-nə kimi Ali Sovetin sədri Müsavat Partiyasının sabiq başqanı, İsa Qəmbər olub. Hazırda Milli Strateji Düşüncə Mərkəzinin rəhbəridir. 

Heydər Əliyev

1993-cü ilin 15 iyunundan 5 noyabra qədər Ali Sovetə Heydər Əliyev sədrlik edib. Ulu Öndər 1993-2003-cü illərdə iki dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsini icra edib. 12 dekabr 2003-cü ildə vəfat edib. Fəxri Xiyabanda dəfn olunub. 

Rəsul Quliyev

Heydər Əliyevdən sonra parlamentin rəhbəri Rəsul Quliyev olub. O, 1993-cü ilin noyabrın 5-dən 1995-ci ilin noyabrın 12-ə qədər Ali Sovetin sədri vəzifəsini icra edir. 1995-cü ilin 12 noyabrından 1996-cı ilin 11 sentyabrına qədər isə Milli Məclisin spikeri olub. Hazırda ABŞ-da yaşayır.   

Murtuz Ələsgərov

1996-2005-ci illərdə Milli Məclisin spikeri Murtuz Ələsgərov olub. 7 avqust 2012-ci ildə vəfat edib. 

Oqtay Əsədov

Oqtay Əsədov 2005-2019-cu illər arasında Milli Məclisin spikeri vəzifəsini icra edib. Hazırda O. Əsədov Milli Məclisin deputatıdır. O, habelə Beynəlxalq Su Assosiasiyasının üzvüdür.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO