İçərişəhərə bu istiqamətlərdən giriş BAĞLANDI  

İçərişəhərə bu istiqamətlərdən giriş BAĞLANDI  

Hazırda oxunan: İçərişəhərə bu istiqamətlərdən giriş BAĞLANDI  

132694

Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq Qoşa Qala, Əziz Əliyev küçəsi və Neftçilər prospekti istiqamətindən İçərişəhər ərazisinə piyadaların giriş-çıxışına məhdudiyyət tətbiq olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb. 

Digər bütün girişlərdən (müvəqqəti quraşdırılmış yerüstü keçidlərdən də istifadə edərək) İçərişəhər ərazisinə giriş-çıxışın sərbəst olduğu bildirilib: 

“Məlumat üçün bildiririk ki, Qoşa Qala istiqamətindən giriş məhdudiyyətini nəzərə alaraq, İçərişəhər ərazisində iki müxtəlif yerdə (İçərişəhər metro stansiyasının arxası və Sabir bağı istiqamətindən giriş) səyyar turizm informasiya köşkləri quraşdırılmışdır. Muzey və turlarla bağlı məlumatları səyyar köşklərdən əldə edə bilərsiniz”. 

Qeyd edək ki, piyadalar üçün giriş məhdudiyyəti 2 may saat 08:00-dək davam edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO