"Medianın İnkişafı Agentliyinə yeni səlahiyyətlərin verilməsini müsbət hal kimi dəyərləndirirəm".
Bizim.Media xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında "Bizim.Media" xəbər portalının baş redaktoru Anar Tahirov deyib.
"Cənab Prezidentin bu fərmanı MEDİA-nın daha geniş səlahiyyətlərə sahib olmasına şərait yaradacaq. Eyni zamanda, mətbuat orqanları üçün də bir çox aspektdən faydalıdır.
Çünki Medianın İnkişafı Agentliyinin fəaliyyətə başlamasından keçən dövr ərzində bu sahədəki müsbət dəyişikliklər aydın şəkildə hiss olunur. Bu fərmanla səlahiyyətləri artan qurumun media sahəsində daha davamlı islahatlara imza atacağı gözləniləndir"- deyə, baş redaktor qeyd edib.
A.Tahirov bildirib ki, bu fərmanla birlikdə jurnalistlərin üzərində dövlət qurumlarının təzyiq imkanları azalacaq:
"Fəaliyyətimizə mane olmağa cəhd edən fiziki və hüquqi şəxslər, qurumlar layiqli cəzalarını alacaqlar. Nəticə olaraq, mediamızın əli güclənəcək, bu sahədə şəffaflıq artacaq və islahatlar daha davamlı olacaq.
Mediamızın güclənməsindən qazanan isə cəmiyyətimizdir. Çünki medianın hakimiyyətin dördüncü qolu kimi ictimai-siyasi proseslərdə daha aktiv iştirakı, dövlət-cəmiyyət münasibətlərində şəffaflığın təmin olunmasının başlıca şərtidir".
Qeyd edək ki, Audiovizual Şura və Medianın İnkişafı Agentliyinə (MEDİA) yeni səlahiyyət verilib. Bu, Prezident İlham Əliyevin müvafiq Fərmanında əksini tapıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:17 / 25.04.2023
Baş redaktor: "Bu Fərmandan sonra fəaliyyətimizə mane olan şəxslər və qurumlar layiqli cəzalarını alacaqlar"
Hazırda oxunan: Baş redaktor: "Bu Fərmandan sonra fəaliyyətimizə mane olan şəxslər və qurumlar layiqli cəzalarını alacaqlar"
Hazırda oxunan: Baş redaktor: "Bu Fərmandan sonra fəaliyyətimizə mane olan şəxslər və qurumlar layiqli cəzalarını alacaqlar"
132688
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.