“Biz ABŞ-da hər gün bu işlə məşğuluq...” – Azərbaycanlı iş adamı ilə VİDEO-MÜSAHİBƏ

“Biz ABŞ-da hər gün bu işlə məşğuluq...” – Azərbaycanlı iş adamı ilə VİDEO-MÜSAHİBƏ

Hazırda oxunan: “Biz ABŞ-da hər gün bu işlə məşğuluq...” – Azərbaycanlı iş adamı ilə VİDEO-MÜSAHİBƏ

13262

“Vətəni sevmək, onunçün can qoymaq, onun hüdudlarından kənarda yaşayanlar üçün gündəlik iş olmalıdır. Biz ABŞ-da hər gün bu işlə məşğuluq”.

Bu fikirlər bugünkü həmsöhbətimiz, ABŞ-da yaşayan azərbaycanlı iş adamı Pənah İbrahimova məxsusdur.

Söhbət zamanı maraqlı nüanslara toxunan P. İbrahimov ABŞ-da başlanan iş karyerasından, uğur hekayəsindən danışıb. Uzun illər ABŞ-da yaşamasına baxmayaraq, Azərbaycan mətbəxi onun menyusunun əsas hissəsini təşkil edir. 

İşadamı evdə, ailə içində Azərbaycan dilindən başqa dildə danışmağı qadağan etdiyini söyləyir.

O, ABŞ-da “Xocalıya ədalət” kampaniyası çərçivəsində çox məsuliyyətli işlərə imza atıb.

Vaşinqtonda Xocalı aksiyasının təşkilatçılarından biri olan P.İbrahimov Kapitolinin qarşısında da Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün aksiya keçirdiklərini deyib.

Əslən şuşalı olan iş adamı Prezident İlham Əliyevin “Əziz Şuşa, sən azadsan!”sözlərini şok vəziyyətində qarşıladığını deyir. Həmişə hislərini gizli tutmağa üstünlük verən bir insan kimi, bu dəfə göz yaşlarını saxlaya bilməyib. 

44 günlük müharibə dövründə hər zaman orduya, Azərbaycan əsgərinə dəstək olan Pənah İbrahimovun nədənsə heç bir yerdə adı halanmayıb. 

O, isə bunu “ananın övladına su verməyi heç yerdə işıqlandırılmamalıdır. Biz Azərbaycanın övladlarıyıq və bu, bizim borcumuzdur”,- deyə şərh edir.

Bir işadamı kimi onun Şuşanın yenidən qurulmasında iştirak etmək istədyini də bildirib.

Deyir ki, bir gün mütləq Şuşaya geri dönəcək!

Bizim.Media Pənah İbrahimovla olan maraqlı müsahibəni təqdim edir:

Vüsalə Balayeva, Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO