Daha üç partiya fəaliyyətini dayandıra BİLƏR - ADLAR

Daha üç partiya fəaliyyətini dayandıra BİLƏR - ADLAR

Hazırda oxunan: Daha üç partiya fəaliyyətini dayandıra BİLƏR - ADLAR

132475

Azərbaycanda daha bir neçə partiya fəaliyyətini dayandıra bilər. 

Bizim.Media "qaynarinfo.az"a istinadən xəbər verir ki, Sosial Ədalət Partiyası (SƏP), Qorqud Partiyası və Vəhdət Partiyasının yaxın günlərdə fəaliyyətlərini dayandırdıqları barədə bəyanat verəcəyi gözlənilir. 

1993-cü ildə təsis olunan SƏP-in sədri keçmiş deputat Mətləb Mütəllimlidir. Bir müddət əvvəl SƏP-in Vətəndaş Həmrəyliyi Partiyasına (VHP) birləşəcəyi barədə məlumat yayılmışdı. SƏP-lə bərabər Qorqud və Vəhdət partiyalarının da VHP-yə birləşəcəyi bildirilirdi. 
SƏP-lə Qorqud Partiyasının VHP-yə birləşəcəyi təsdiqlənsə də, Vəhdət Partiyası ilə bağlı xəbər təsdiqini tapmamışdı. Partiyanın sədri, deputat Tahir Kərimli belə bir niyyətinin olmadığını bildirmişdi.

Bu məlmatın üzərindən 20 gündən artıq vaxt keçsə də, birləşmə prosesi baş tutmayıb. İddialara görə, prosesin ləngiməsi partiyaların ortaq mövqeyə gələ bilməmələri ilə bağlıdır. Daha doğrusu, birləşmək üçün müraciət edənlərin şərtləri qarşı tərəfi qane etmir.

Bu baxımdan, "Siyasi partiyalar haqqında” yeni qanunun tələblərinə cavab verməyən SƏP-lə Qorqud Partiyasının fəaliyyətini dayandırmaqdan başqa yolu qalmır. 
Vəhdət Partiyası da "Siyasi partiyalar haqqında” yeni qanuna uyğunlaşmaqda çətinliklə üzləşib. Məlumatlara görə, Tahir Kərimli deputat olmasına rəğmən, partiyaya üzv yığa bilmir. Yeni qanunda isə partiyaların qeydiyyatı üçün minimum 5000 üzv tələb olunur. 

Məlumat üçün deyək ki, yeni qanunun qəbulundan sonra 14 partiya fəaliyyətini dayandırıb.

Onu da qeyd edək ki, "Qorqud" Partiyasının sədri Firudin Kərimovdur.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO