Göygöldə qaçırdığı avtomobili yandıran şəxs saxlanıldı – FOTO 

Göygöldə qaçırdığı avtomobili yandıran şəxs saxlanıldı – FOTO 

Hazırda oxunan: Göygöldə qaçırdığı avtomobili yandıran şəxs saxlanıldı – FOTO 

132462

Göygöldə qaçırdığı avtomobili yandıran şəxs saxlanılıb.

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Məlumatda qeyd olunur ki, Göygöl Rayon Polis Şöbəsinə aprel ayının 4-də rayon ərazisindən "UAZ" markalı yük avtomobili qaçırılması barədə məlumat daxil olub. 

Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qaçırılan avtomobil rayonun Çaylı kəndi ərazisində yandırılmış vəziyyətdə tapılıb. 
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Kəlbəcər rayon sakini Qüdrət Salahov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Dindirilmə zamanı Q.Salahov cinayət əməlini sərxoş halda törətməsini və peşman olduğunu bildirib.





Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO