Lənkəranda 17 nəfərin zəhərlənməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Lənkəranda 17 nəfərin zəhərlənməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Lənkəranda 17 nəfərin zəhərlənməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

132455

24 aprel saat 01:15 radələrində Lənkəran rayon Bəliton kənd sakinləri olan 17 nəfər (1-i kişi, 7-si qadın, 9-u uşaq olmaqla) qida zəhərlənməsi səbəbilə TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Lənkəranda nişan mərasimində 17 nəfər qidadan ZƏHƏRLƏNDİ


Qeyd edilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

“7 nəfər ambulator müalicə üçün evə buraxılıb, 10 nəfər isə tibb müəssisəsinin müvafiq şöbəsinə yerləşdirilib. Vəziyyətləri stabildir”, - deyə məlumatda vurğulanır.

Qeyd edək ki, Lənkəranda kütləvi zəhərlənmə olub. Bəliton kəndində ad günü, eyni zamanda nişan mərasiminə gələn qonaqlar qida qəbulundan sonra özlərini pis hiss ediblər. Nəticədə 17 nəfər zəhərlənib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO