“Ölkəmizdə uşaq və gənclər arasında elmə marağı artırmaq, elmi populyarlaşdırmaq üçün elm muzeyinin yaradılması vacibdir”.
Bunu Bizim.Media-ya açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib.
Onun sözlərinə görə, söhbət hər hansı bir elmi işin, kiminsə fəaliyyətinin vitrinə qoyulub sərgilənməsindən getmir:
“Məsələ muzey yaradıb orada kiminsə fəaliyyətinin təbliğ olunması deyil. Məsələn, İngiltərənin paytaxtı Londonda Elm Muzeyi var. Məktəb yaşlı uşaqlar tez-tez həmin muzeyi ziyarətə gətirilir. Bu muzeydə nələr göstərilir? Deyək ki, hər hansı bir təbiət hadisəsi əyani şəkildə nümayiş olunur. Uşaqlar da bunu izləyir və onlarda maraq yaranır. Bu yolla uşaqlarda düşüncə, yaradıcı təfəkkür formalaşdırılır.
Uşaq yaşından uşaqlarda elmə, bütövlükdə təbiət hadisələrini tədqiq etməyə və öyrənməyə maraq yaranır”.
İlqar Orucov ölkəmizdə də bu cür muzeyin yaradılmasının vacibliyini bir neçə dəfə səsləndirdiyini, ancaq hələ də bu istiqamətdə heç bir nəticənin olmamasından təəssüfləndiyini deyib.
Aygün İbrahimli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:30 / 24.04.2023
Azərbaycanda elm muzeyinin yaradılması vacibdir - AÇIQLAMA
Hazırda oxunan: Azərbaycanda elm muzeyinin yaradılması vacibdir - AÇIQLAMA
Hazırda oxunan: Azərbaycanda elm muzeyinin yaradılması vacibdir - AÇIQLAMA
132445
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.