Xəbər verdiyimiz kimi, daha bir siyasi partiya fəaliyyətini dayandırıb. Qulamhüseyn Əlibəylinin rəhbəri olduğu Aydınlar Partiyası aprelin 22-də fəaliyyətinə xitam verib. Bununla da bağlanan partiyaların sayı 15-ə çatıb.
Bizim.Media-ya açıqlamasında Qulamhüseyn Əlibəyli heç bir siyasi təşkilata birləşməyəcəklərini deyib:
“Partiyamızın fəaliyyətinə xitam verilməsi heç də mənim siyasi proseslərdən kənar qalmağım demək deyil. Müəyyən məsələlərə yenə də münasibət bildirəcəyəm. Fəaliyyətlərini dayandıran bəzi digər partiyalardan fərqli olaraq, hər hansı digər partiyalara birləşmək məsələsi gündəmdə yoxdur. Bundan sonra yalnız fərd olaraq siyasi fəaliyyətimi davam etdirəcəyəm. Heç bir siyasi partiyaya üzv olmaq niyyətim yoxdur”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:10 / 24.04.2023
Fəaliyyəti dayandırılan Aydınlar Partiyası heç bir PARTİYAYA BİRLƏŞMƏYƏCƏK
Hazırda oxunan: Fəaliyyəti dayandırılan Aydınlar Partiyası heç bir PARTİYAYA BİRLƏŞMƏYƏCƏK
Hazırda oxunan: Fəaliyyəti dayandırılan Aydınlar Partiyası heç bir PARTİYAYA BİRLƏŞMƏYƏCƏK
132434
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.