10 mindən çox şəxsə pensiya təyin olunub – RƏSMİ 

10 mindən çox şəxsə pensiya təyin olunub – RƏSMİ 

Hazırda oxunan: 10 mindən çox şəxsə pensiya təyin olunub – RƏSMİ 

132415

2023-cü ilin yanvar-mart ayları ərzində 44,3 min pensiya, müavinət, təqaüd təyinatı elektron sistem üzərindən proaktiv qaydada aparılıb. Onlardan 10,3 mini pensiya, 34 mini müavinət və təqaüd təyinatı olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, nazirlik tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb.
 

MÖVZU İLƏ BAĞLI:

İşsizlikdən sığorta fondunun investisiyaya yönəldilməsində yeni QAYDA


Həmin e-təyinat sistemləri vətəndaşlara hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən qeyd olunan sosial ödənişlərin e-sistem üzərindən təyinatının aparılmasını təmin edir.

Son illərdə əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə elektronlaşma proqramı çərçivəsində 30 elektron arayış xidməti də yaradılıb. Bu ilin ilk rübündə həmin e-xidmətlər vasitəsilə vətəndaşlara 110 min e-arayış verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO