Laçında möhtəşəm layihələr gerçəkləşəcək - VİDEO

Laçında möhtəşəm layihələr gerçəkləşəcək - VİDEO

Hazırda oxunan: Laçında möhtəşəm layihələr gerçəkləşəcək - VİDEO

132381

Tezliklə Laçında orijinallığı ilə izləyənləri valeh edəcək ekoloji  bir park salınacaq.

Bizim.Media xəbər verir ki, artıq  gələn aydan  işlərə  start  verilir.

"CamperPark Həkəri" layihəsi nəinki Laçının, həmçinin Zəngəzur və Qarabağ coğrafi regionunun dünyada tanıdılmasında vacib bir nümunə olacaq.

Layihənin müəllifi Rəşad Quliyevin sözlərinə görə, artıq eko parkla bağlı sənədlər dövlət orqanlarına təqdim olunub və gələn aydan prosesin icrasına başlanılacaq.

“Əraziyə giriş tam pulsuz olacaq”

Hətta buranın işıqlandırılması günəş enerjisi hesabına təmin ediləcək. Hətta eko parkda xaricdən öz karavanları ilə gəlmək üçün xarici və yerli turistlərə şərait də yaradılacaq.

Eko parkda fərqli ölçülərdə çadır düşərgəsinin də salınması nəzərdə tutulur.

4 təkərli dağ relyefinə uyğun kiçik mopedlərlə Hoçaz dağı boyunca ətraf ucqar kəndləri gəzmək, şəlalələri, bulaqları, mağaraları seyr etmək də olacaq. Layihə müəllifi qeyd edib ki, gələcəkdə eko parkda festivalların keçirilməsi də planlaşdırılır ki, bu da öz növbəsində Azərbaycanın turizm məkanı kimi tanıdılmasında önəmlidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO