MN: Hərbçilərimiz Ermənistanda istehsal olunan minaya düşüb - FOTO 

MN: Hərbçilərimiz Ermənistanda istehsal olunan minaya düşüb - FOTO 

Hazırda oxunan: MN: Hərbçilərimiz Ermənistanda istehsal olunan minaya düşüb - FOTO 

132246

Aprelin 22-si saat 17:00 radələrində Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi yük maşınının ermənilər tərəfindən basdırılmış minaya düşərək partladığı əraziyə baxış keçirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Şuşada erməni təxribatı nəticəsində yaralanan hərbçilərimiz Füzuliyə APARILDI - VİDEO 


Mühəndis-istehkam bölmələrimiz tərəfindən keçirilən axtarış zamanı həmin ərazidə 2021-ci ildə Ermənistanda istehsal olunmuş bir neçə ədəd tank əleyhinə və xeyli sayda piyada əleyhinə mina aşkar edilib.

Bir daha bəyan edirik ki, Azərbaycanın Qarabağ iqtisadi rayonuna Ermənistandan hərbi yüklərin daşınması dərhal dayandırılmalı, qeyri-qanuni erməni silahlı dəstələrinin ən qısa müddətdə ərazimizdən çıxarılması təmin olunmalıdır. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO