Şuşada erməni təxribatı nəticəsində yaralanan hərbçilərimiz Füzuliyə APARILDI - VİDEO 

Şuşada erməni təxribatı nəticəsində yaralanan hərbçilərimiz Füzuliyə APARILDI - VİDEO 

Hazırda oxunan: Şuşada erməni təxribatı nəticəsində yaralanan hərbçilərimiz Füzuliyə APARILDI - VİDEO 

132239

Şuşada erməni təxribatı nəticəsində yaralanan hərbçilərimiz Laçın yolu vasitəsilə Füzuli istiqamətinə aparılıb. 

Bizim.Media xəbər verir ki, bundan əvvəl minaya düşən 3 hərbi qulluqçumuza təxirəsalınmaz tibbi yardım göstərilib. 
 

MÖVZU İLƏ BAĞLI:

MN: Şuşada mina partladı, 3 hərbçimiz XƏSARƏT ALDI 


Qeyd edək ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində vəziyyətin gərginləşdirilməsi məqsədilə Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki torpaq yolda Ermənistan tərəfindən növbəti təxribat törədilib. 

Aprelin 22-si saat 17:00 radələrində Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən qəsdən yolun hərəkət istiqamətində basdırılmış minaya düşərək partlayıb. 
Nəticədə avtomobilin sürücüsü və maşın başçısı yaralanıb, nəqliyyat vasitəsi sıradan çıxaraq yararsız vəziyyətə düşüb. Dərhal yaralılara yardım göstərmək üçün gələn hərbi qulluqçulardan biri də piyada əleyhinə minaya düşərək xəsarət alıb. 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO