Bakıda əri tərəfindən işgəncə görən hamilə qadın uşağını İTİRDİ

Bakıda əri tərəfindən işgəncə görən hamilə qadın uşağını İTİRDİ

Hazırda oxunan: Bakıda əri tərəfindən işgəncə görən hamilə qadın uşağını İTİRDİ

132220

20 yaşında ailə həyatı quran xanım evlilik günün sabahı əri tərəfindən döyülüb. Bir müddət sonra isə evləndiyi şəxsin 2 dəfə həbs həyatı yaşadığını öyrənib.

Bizim.Media xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyini rəhbəri Mehriban Zeynalova Facebook hesabında məlumat verib. Onun sözlərinə görə xanımın ailəsi dəfələrlə qızlarını evlərinə aparmaq istəsələr də ər tərəfindən təhqir və döyülərək qızlarını götürməyə nail ola bilməyiblər:

“Xanım gecə yarısı gizlincə ailəsinin yanına qaçmağı bacarıb. Lakin səhər ər bıçaqla xanımın qardaşını, atasını, anasını hədələyərək yoldaşını geri götürməyə gəldiyini bildirib. Ailə bu hədə qorxuya baxmayaraq qızlarını verməyiblər. Ertəsi gün ailənin evinə zəng edərək yoldaşına bildirib ki, əgər evə qayıtmasan qardaşının həyatına qəsd edəcəyəm. Xanım qorxusundan evə qayıtmaq məcburiyyətində qalıb”.
Bir müddət yoldaşının yanında məcbur qalan qadın hamilə olduğunu və övlad sahibi olacağını öyrənir. Çox sevinir ki, artıq əri onu döyməyəcək və ailəsinə yeni nəfəs gələcək. Amma xanımın arzusu çox keçmədən ürəyində qalır. Sonuncu dəfə çox pis şəkildə döyülən xanım xəstəxanaya yerləşdirilir. Xəstəxanada uşağının ana bətnində öldüyünü bildirirlər. Qadın artıq itirəcək heç nəyinin olmadığını görüb anası ilə birlikdə polisə müraciət ediblər. 

Mehriban Zeynalova bildirib ki, dəfələrlə işgəncə və fiziki zorakılığa məruz qalan, üstəlik ana bətnində övladını itirən qadın “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilib.

Hazırda xanıma psixoloji dəstək göstərilir.

Hadisə ilə bağlı aidiyyatı qurumlar xəbərdar edilib və məsələ nəzarətə götürülüb. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO