Çayxanalar da qiymətləri ARTIRDI – “Artıq sadə çay belə verilmir”

Çayxanalar da qiymətləri ARTIRDI – “Artıq sadə çay belə verilmir”

Hazırda oxunan: Çayxanalar da qiymətləri ARTIRDI – “Artıq sadə çay belə verilmir”

132196

Artıq paytaxtdakı çayxanaların bir çoxunda çayın qiyməti 10 manatdan başlayır. 

Bununla bağlı Bizim.Media-ya məlumat verən paytaxt sakini Fərid Ağazadə bildirib ki, son günlərə qədər “pletka” şokoladla bir yerdə verilən çay 6-7 manat aralığında təklif olunurdu:

“Amma indi 12 manat deyirlər. Qəribə burasıdır ki, çayxana işlədənlər soruşanda da heç bir izah vermirlər. Bilmək olmur ki, “pletka” şokoladın qiyməti artıb, yoxsa çay bahalaşıb. Ən pisi də odur ki, artıq sadə çay verilmir. Əvvəllər 2-3 manata limonlu çay içmək olurdu. Amma indi şəhərin əksər çayxanalarında sadə çayın verilməsi yığışdırılıb. Mürəbbə ilə çay isə 25 manata təklif olunur. Təbii ki, bu da hər adamın cibinə uyğun deyil. Çay dəsgahı isə daha bahadır”.

Məsələ ilə bağlı iqtisadçı ekspert Vəli Həsənovun fikirlərini öyrəndik. Ekspert qeyd edib ki, çayın qiymətinin kəskin bahalaşmasını iki səbəblə izah etmək olar:

“Birincisi, ümumi qiymət artımı artıq çayxanalara da təsir edib. Çayxana işlədənlər digər sahələrdə qiymətlərin durmadan artmasını bəhanə gətirərək xidmət haqlarını qaldırırlar.
İkinci səbəbsə icarə haqlarının bahalaşması ola bilər. Çünki, çayxana işlədənlərin çoxu icarə əsasında fəaliyyət göstərir. Daşınmaz əmlak bazarındakı qiymət artımı təbii ki, icarə haqlarına da öz təsirini göstərib”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO