İslam Əməkdaşlığı Təşkilatının Xocalı bəyanatı - “İnsanlar yandırıldı, hamilələrin qarnına süngü saplandı

İslam Əməkdaşlığı Təşkilatının Xocalı bəyanatı - “İnsanlar yandırıldı, hamilələrin qarnına süngü saplandı"

Hazırda oxunan: İslam Əməkdaşlığı Təşkilatının Xocalı bəyanatı - “İnsanlar yandırıldı, hamilələrin qarnına süngü saplandı"

13214

Daim Azərbaycana dəstək verən, Xocalı soyqırımını tanıyan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Parlament İttifaqı Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə bəyanat verib.

Sənəd qurumun rəsmi saytında (en.puic.org) dərc olunub.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, bəyanatda 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin işğal olunmasından və mülki əhaliyə qarşı törədilən soyqırımından 29 il ötdüyü bildirilir.

 

MÖVZU İLƏ BAĞLI:

İƏT Ermənistanın təcavüzü ilə bağlı qətnamələr qəbul etdi


Qeyd olunur ki, həmin gecə sağ qalmaq üçün ən yaxın təhlükəsiz bölgəyə qaçmağa çalışan mülki şəxslər pusquya salınaraq vəhşicəsinə öldürülüb, bir qismi isə girov götürülüb.

Xocalı soyqırımı qurbanlarına dair rəsmi faktların yer aldığı sənəddə bildirilir ki, faciədə 56 nəfər xüsusi amansızlıqla qətlə yetirilib: diri-diri yandırılıb, başları kəsilib və ya gözləri çıxarılıb, hamilə qadınların qarnına süngü saplanıb, şəhər yerlə-yeksan edilib.

Bəyanatda vurğulanır ki, Xocalı şəhərində azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş çoxsaylı hərbi cinayətlər, o cümlədən soyqırımı cinayəti beynəlxalq hüquq normalarına, humanitar və insan hüquqlarına ziddir, 1949-cu il Cenevrə Konvensiyası müddəalarının və bu qisimdən olan bir sıra qanunvericilik aktlarının ciddi şəkildə pozulması ilə müşayiət olunub.

Bəyanatın yekununda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir daha yad edilir, onlara Allahdan rəhmət dilənilir.

Beynəlxalq hüququn norma və prinsiplərinə istinadən ümid ifadə olunur ki, ədalət gec-tez öz yerini tapacaq, Xocalı soyqırımını törədənlər layiqli cəzalarını alacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO