Bakıda dəhşət: Qadın maşının altında qaldı - VİDEO

Bakıda dəhşət: Qadın maşının altında qaldı - VİDEO

Hazırda oxunan: Bakıda dəhşət: Qadın maşının altında qaldı - VİDEO

132111

Paytaxtın Azadlıq prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin yaxınlığında qeydə alınıb. 

İlkin məlumata görə, iki nəqliyyat vasitəsi toqquşub və avtomobillərdən biri ətrafdakı piyadalardan birinə çırpılıb. 

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, qəza iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində baş verib: 

“Əraziyə dərhal DYP əməkdaşları göndərilib. Hadisə nəticəsində qadın xəsarət alıb. Onu dərhal yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdiriblər. Yol-nəqliyyat hadisəsi ilə bağlı zəruri olan bütün tədbirlər görülüb, hadisə barədə protokol tərtib edilib”. 
Sözügedən qəzanın videogörüntüləri təqdim edirik: 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO