BİZİM TƏQVİM: 22 apreldə dünyada nələr olub? 

BİZİM TƏQVİM: 22 apreldə dünyada nələr olub? 

Hazırda oxunan: BİZİM TƏQVİM: 22 apreldə dünyada nələr olub? 

132103

1918-ci ilin bu günü Zaqafqaziya Demokratik Federativ Respublikası  yaradılıb. Bu federasiyada Azərbaycan, Gürcüstan və Ermənistan birləşdirirdi. Azərbaycandan 5 nümayəndə, o cümlədən Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli federasiya hökumətində təmsil olunurdu. Lakin Qafqaz respublikasının ömrü az oldu. Mayın 26-da Gürcüstanın çıxması ilə federasiya süquta uğradı.   

Bəs, 22 apreldə dünyada daha hansı hadisələr baş verib? 

1. 1835-ci ildə Şimali Amerikanın Hindu qəbilələrindən birinin başçısı, “qalxan günəş” ləqəbilə tanınan Otseolo müstəmləkəçilərin daimi yaşayış yerlərindən köçmək barədə müqaviləyə imza atmaq təklifinə cavab olaraq sənədi bıçaqla cırıb. Bu hadisədən az sonra Otseolo müstəmləkəçilərə qarşı uğurlu müharibəyə başlayıb. Lakin 2 il sonra - 1837-ci ilin sonunda xəyanət nəticəsində əsir düşərək zindanda həlak olub. 

2. 1906-ci ilin 22 aprelində Yunanıstanın Afina şəhərində Yay Olimpiya Oyunları təşkil edilib. Bu oyunlar 1896-cı ildə Yunanıstan keçirilən ilk olimpiadanın 10-cu ili şərəfinə təşkil edilib. Həmin ildən ara olimpiadaların keçirilməsinə qərar verilib. Ara olimpiadalar qeyri-rəsmi hesab olunur, qaliblərə verilən medallar Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmır. 

3. SSRİ Kommunist Partiyasının rəsmi mətbuat orqanı “Pravda” qəzetinin ilk sayı 22 aprel 1912-ci ildə dərc olunub. 

4. 1920-ci ilin bu günü Rusiya Kommunist partiyası Qafqaz əyalət komitəsinin Bakı bürosu “Azərbaycanda silahlı üsyanın başlanması” barədə qərar qəbul etdi. Bundan cəmi 5 gün sonra Azərbaycan Demokratik Cümhuriyyəti fəaliyyətini dayandırmağa məcbur oldu.   

5. 22 aprel  1994-ci ildə Azərbaycan Respublikası Əlcəzair ilə diplomatik əlaqələr qurmuşdur. 

6. 2004-cü ilin 22 aprelində Şimali Koreyada neft və LPG yüklü iki qatarın toqquşması nəticəsində meydana gələn böyük partlayışda 150 nəfər həlak oldu. 

7. 22 aprel 2018-ci ildə “Qarabağ”  vaxtından qabaq Azərbaycan Premyer Liqasının çempionu olmuşdur. 

8. Aprelin 22-si Beynəlxalq Yer Günüdür. Bu günün keçirilmə ənənələri XIX əsrin 40-cı illərinə təsadüf edir. Həmin dövrdə ABŞ-ın Nebraska ştatının sakini Corc Morton tərəfindən yaşıllaşdırma gününün keçirilməsi təklif olunub. 1882-ci il aprelin 22-də Nebraska ştatında rəsmi bayram günü elan edilib və “Ağac günü” qeyd olunmağa başlayıb. 1970-ci ildən isə ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən ekoloji problemlərə, ətraf mühitin çirklənməsinə, təbiətin əhəmiyyətinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək, “Yer günü” adlandırılıb. Tədricən bu bayram beynəlxalq xarakter alıb və hazırda 150-dək ölkədə, o cümlədən Azərbaycanda qeyd olunur. 

22 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır. 

1. Klassik alman fəlsəfəsinin görkəmli nümayəndəsi İmmanuil Kant 1724-cü ilin bu günü Küniqsberqdə dünyaya gəlib.   

2. Rusiya Kommiunist partiyasının banisi və 17 Oktyabr İnqilabının rəhbəri Vladimir Ulyanov – Lenin 1870-ci ilin 22 aprelində doğulub. 

3. Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artist Ağaheseyn Cavadov 22 aprel 1894-cü ildə dünyaya gəlib. 

4. 1929-ci ildə “Türkiyənin ilk gözəllik kraliçası” seçilən Feriha Tevfik beyin qansızması nəticəsində 22 aprel 1991-ci ildə İstanbulda dünyasını dəyişib. (1910-1991) 

5. 22 aprel 1942-ci ildə  Azərbaycanın görkəmli aktyoru və rejissoru Həsən Əbluc anadan olub.

6. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi  Bağırov 22 aprel 1946-cı ildə doğulub. 

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO