Qusarda qanunsuz fəaliyyət göstərən 2 taxta sexi aşkarlandı

Qusarda qanunsuz fəaliyyət göstərən 2 taxta sexi aşkarlandı

Hazırda oxunan: Qusarda qanunsuz fəaliyyət göstərən 2 taxta sexi aşkarlandı

132074

Qusarda qanunsuz fəaliyyət göstərən 2 taxta sexi aşkarlanıb. 

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun Güdəzeyxur kənd sakini N.Əzizova və İmamqulukənd kənd sakini M.Məmmədova məxsus torpaq sahələrində müvafiq icazələri olmadan müxtəlif növ ağacların emalı və satışı ilə taxta sexlərinin fəaliyyət göstərməsi müəyyən olunub.

Ağacların kəsilməsində istifadə edilən ümumilikdə 4 ədəd dəzgah və 20 kubmetr müxtəlif növ taxta materialları aşkar edilib. 

Araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO