Hacı Şahinin yerinə kim keçəcək? – QMİ-dən AÇIQLAMA 

Hacı Şahinin yerinə kim keçəcək? – QMİ-dən AÇIQLAMA 

Hazırda oxunan: Hacı Şahinin yerinə kim keçəcək? – QMİ-dən AÇIQLAMA 

132031

“Məşədi Dadaş məscidinin axundu mərhum Hacı Şahin Həsənlinin yerinə təyinat olacaq”. 

Bizim.Media xəbər verir ki, bunu “Teleqraf.com”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib. 

Sədr müavini xatırladıb ki, yanvar ayından məscidlərə din xadimlərinin təyinatı və onların azad edilməsi səlahiyyəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilib:

“İnşallah, mərhum Hacı Şahin Həsənlinin yerinə təyinat olacaq. Məsləhətli insanlar var. Yəqin ki, Komitə bunu qərarlaşdırıb həmin şəxsi attestasiyadan keçirəcək və ora savadlı bir insan təyin olunacaq. Allah Hacı Şahin qardaşımıza rəhmət eləsin. Ruhu şad olsun!” 
Qeyd edək ki, Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli martın 2-də ürəktutmadan vəfat edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO