Bayramla əlaqədar dəmir yolu reyslərinin sayı artırıldı

Bayramla əlaqədar dəmir yolu reyslərinin sayı artırıldı

Hazırda oxunan: Bayramla əlaqədar dəmir yolu reyslərinin sayı artırıldı

132016

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) Ramazan bayramı ilə əlaqədar Ağstafa-Bakı marşrutu üzrə artan sərnişin tələbatını qarşılamaq məqsədilə 21 aprel və 24 aprel tarixlərinə əlavə reyslər təyin edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Qurumdan məlumat verilib. 

Belə ki, 21 aprel tarixində əlavə reys üzrə saat 15:30-da Ağstafadan yola düşən qatar Bakı Dəmiryol Vağzalına saat 20:25-də çatacaq.   

24 aprel tarixində isə əlavə reyslə saat 16:00-da yola düşən qatar saat 20:55-də Bakı Dəmiryol Vağzalına çatacaq. Bununla da Ramazan bayramı ilə əlaqədar sonuncu qeyri-iş günü - 24 aprel tarixində Ağstafa-Bakı istiqaməti üzrə saat 15:30, saat 16:00 və saat 17:10 olmaqla ümumilikdə 3 qatar  yola düşəcək. 
Xatırladaq ki, ADY-nin bütün strukturları Ramazan bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO