FHN-in Akademiyasında konfrans keçirildi - FOTO 

FHN-in Akademiyasında konfrans keçirildi - FOTO 

Hazırda oxunan: FHN-in Akademiyasında konfrans keçirildi - FOTO 

131990

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Heydər Əliyev İli”nə həsr olunmuş “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır” mövzusunda elmi-praktiki konfrans keçirilib. 

Bizim.Media xəbər verir ki, konfransda Nazirliyin Aparatı və strukturuna daxil olan qurumlarının məsul əməkdaşları iştirak edib. 

FHN Akademiyasının rəisi general-mayor Baba Salayev ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafı yolunda gördüyü misilsiz xidmətlərdən bəhs edib. 

Akademiya rəisi qeyd edib ki, FHN fəaliyyətini Dahi Rəhbərin “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır” müdrik kəlamı üzərində qurub və bu kəlam fövqəladə hallar orqanlarında çalışan hər bir əməkdaş üçün bir şüar olub. 

B.Salayev bildirib ki, bu gün FHN-in tərkibində olan qurumlar yeni inkişaf mərhələsinə qədəm qoymaqla peşə və döyüş hazırlığını daim yüksək səviyyədə saxlayır, bütün sahələrdə təhlükəsizliyin təmin olunması, profilaktik tədbirlərin həyata keçirilməsi, qəza-xilasetmə işlərinin aparılması istiqamətində kompleks tədbirlər həyata keçirir. 
Ümummilli Liderin layiqli davamçısı, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə digər sahələrdə olduğu kimi, vətəndaşların təhlükəsizliyinin təminatı sahəsində də ölkəmizdə məqsədyönlü işlər görülür. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO