Baş Prokurorluq və DİN-in birgə MƏLUMATI: Qəbirləri dağıdan şəxs SAXLANILDI 

Baş Prokurorluq və DİN-in birgə MƏLUMATI: Qəbirləri dağıdan şəxs SAXLANILDI 

Hazırda oxunan: Baş Prokurorluq və DİN-in birgə MƏLUMATI: Qəbirləri dağıdan şəxs SAXLANILDI 

131948

Bakıda qəbir daşlarının dağıdılmasında şübhəli bilinən şəxs saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. 

Bildirilib ki, paytaxtın Sabunçu rayonu, Balaxanı bələdiyyəsinin balansında olan qəbiristanlıqda məzarların dağıldılması faktına görə Sabunçu rayon polis idarəsində Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. 
 

MÖVZU İLƏ BAĞLI:

Zabrat qəbristanlığında qəbir daşları DAĞIDILDI - Cinayət işi BAŞLANILDI


Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv tədbirlər nəticəsində qəbiristanlıqda təmir işləri görən olunan 1989-cu il təvəllüdlü Seymur Daxilovun gördüyü iş müqabilində ödəniş edilmədiyi üçün aprelin 16-dan 17-nə keçən gecə qəbiristanlığa gələrək məzarların üzərindəki predmetləri zədələməsi, xatirə daşları və lövhələri dağıtmaqla kimi əməllər törətməsinə əsaslı şübhələr müəyyən edilib. 

İş üzrə Seymur Daxilov Cinayət Məcəlləsinin 245-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilib. 

"Cinayət işi Baş Prokurorluq və Daxili İşlər Nazirliyi rəhbərliyinin nəzarətində saxlanmaqla ibtidai istintaq davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir", - məlumatda qeyd olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO