“Ermənilər 67 məsciddən 65-ni tamamilə dağıdıblar” - Ombudsman 

“Ermənilər 67 məsciddən 65-ni tamamilə dağıdıblar” - Ombudsman 

Hazırda oxunan: “Ermənilər 67 məsciddən 65-ni tamamilə dağıdıblar” - Ombudsman 

131845

“Bugünkü konfrans olduqca aktual əhəmiyyətə malikdir. Folklor nümunələrimizin, mədəni irsimizin ermənilər tərəfindən saxtalaşdırılmasının qarşısının alınması istiqamətində ölkəmizdə genişmiqyaslı tədbirlər keçirilir.

Məlum olub ki, ermənilər işğal dövründə ərazilərimizdə 67 məsciddən 65-ni tamamilə dağıdıblar. Məscidlərimizin məqsədyönlü şəkildə digər qonşu xalqlara aid edilməsi kimi bədnam saxtakar əməllər də törədilib”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva aprelin 20-də Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə keçirilən “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan-Türk torpaqları olan Zəngəzur həqiqətləri” mövzusunda konfransda söyləyib. 

Səbinə Əliyeva qeyd edib ki, həmçinin toponimlər həm sovet, həm də işğal dövründə erməniləşdirilib. Bunlar virtual məkana da çıxarılıb. 

Daha sonra Səbinə Əliyeva işğaldan azad edilmiş ərazilərdə faktaraşdırıcı missiyanın topladığı faktları və bu barədə müvafiq beynəlxalq qurumlara məlumat verildiyini diqqətə çatdırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO