ABŞ və İsraildən gələn qonaqlar Şuşada bu yerləri gəzdilər - FOTO

ABŞ və İsraildən gələn qonaqlar Şuşada bu yerləri gəzdilər - FOTO

Hazırda oxunan: ABŞ və İsraildən gələn qonaqlar Şuşada bu yerləri gəzdilər - FOTO

131841

ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Mədəniyyət Fondunun rəhbəri Nurit Qringerin rəhbərlik etdiyi nümayəndə heyətinin, İsrail və ABŞ-lı rejissorların, prodüser və jurnalistlərin Şuşa şəhərinə səfəri başlayıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, səfər iştirakçıları Bülbülün, Xurşud Banu Nətavanın və Üzeyir Hacıbəyovun güllələnmiş heykəllərini ziyarət ediblər, ermənilərin xarabalığa çevirdiyi Nətavanın ev muzeyində olublar.

Bundan başqa Şuşanın tarixi yerlərini gəzərək erməni vandallarının törətdiyi dağıntılara şahidlik ediblər. 

Şəhərin tarixi barədə ətraflı məlumatlandırılan nümayəndə heyəti Bülbülün ev muzeyini də ziyarət ediblər. Onlara Bülbülün həyat və yaradıcılığı barədə məlumat verilib. 

Bildirilib ki, Bülbülün doğulduğu ev  1787-88 ci il llərdə Kərbəlayi Yusif   tərəfindən tikilib. Sonradan Bülbülün ev muzeyinə çevrilib. Ermənilər Şuşanı işğalda saxladığı müddətdə muzeyin əşyalarını qarət edəərk evi xarabalığa çeviriblər. Şuşa işğaldan azad olunduqdan sonra ev yenidən bərpa olunub və muzey kimi fəaliyyətə başlayıb.







Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO