Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.
Bizim.Media xəbər verir ki, Rusiya sülhməramlılarına məxsus avtomobillər maneəsiz keçid edib. Xankəndindən gələn 33 avtomobildən ibarət karvan aksiya keçirilən yoldan keçid edərək Laçın istiqamətinə gedib.
Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.
Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 130 gündür davam edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:45 / 20.04.2023
Sülhməramlılara aid 33 avtomobil Laçın yolundan maneəsiz keçib - FOTO
Hazırda oxunan: Sülhməramlılara aid 33 avtomobil Laçın yolundan maneəsiz keçib - FOTO
Hazırda oxunan: Sülhməramlılara aid 33 avtomobil Laçın yolundan maneəsiz keçib - FOTO
131802
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.