Bərdədə AĞIR QƏZA: 2 ölü, 3 yaralı var 

Bərdədə AĞIR QƏZA: 2 ölü, 3 yaralı var 

Hazırda oxunan: Bərdədə AĞIR QƏZA: 2 ölü, 3 yaralı var 

131754

Bərdədə ağır yol qəzası baş verib.  

Bizim.Media-nın yerli bürosu xəbər verir rayonun Saatlı kəndi ərazisində baş verən qəzada iki nəfər həyatını itirib, üç nəfər yaralanıb. 

"VAZ-21099" və "VAZ-21011" markalı minik maşınlarının toqquşması nəticəsində, 1993-cü il təvəllüdlü Bərdə rayon Nazırlı kənd sakini Soltanlı Əziz İlqar oğlu, Bərdə rayon Həsənqaya kənd sakini 2003-cü il təvəllüdlü Ağayev Mirəli Mehman oğlu, Bərdə rayon Hənəsqaya kənd sakini 2000-ci il təvəllüdlü Əzizov Feruz Raqub oğlu müxtəlif bədən xəsarətləri alıb.  

Bundan başqa Bərdə rayon Həsənqaya kənd sakini, 2003-cü il təvəllüdlü Ağayev Mirəli Mehman oğlu və rayonun Nazırlı kənd sakini, 1956-cı il təvəllüdlü Xankişiyev Fazil Murad oğlu həyatın itirib. Onlardan biri hadisə yerində digəri isə Xəstəxanada ölüb.  
Bərdə mərkəzi rayon xəstəxanasına yerləşdirilən yaralıların həyatı təhlükəsinin olmadığı bildirilir. 

Faktla bağlı araşdırma aparılır.  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO