Gəncədə Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş tədbir KEÇİRİLDİ - FOTO 

Gəncədə Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş tədbir KEÇİRİLDİ - FOTO 

Hazırda oxunan: Gəncədə Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş tədbir KEÇİRİLDİ - FOTO 

131745

Gəncədə Bakı Dövlət Universitetinin təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə görkəmli ədib, Əməkdar elm xadimi Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilib.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə ilk öncə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və ali təhsil müəssisəsinin nümayəndə heyəti Gəncədə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsinə dərin ehtiramlarını bildiriblər.  

Daha sonra BDU-nun nümayəndə heyəti Gəncədə Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə olublar. Görkəmli ədibin büstü önünə gül dəstələri düzülüb.

BDU tərəfindən məktəbə kömpüter dəsti hədiyyə edilib. Bundan əlavə, məktəbə BDU Elmi Kitabxanasından 102 adda 125-dək kitab təqdim edilib. 

Daha sonra məktəbin şagirdlərinin ifasında Mir Cəlal Paşayevin əsərləri əsasında hazırlanmış səhnəciklər göstərilib, görkəmli yazıçının məşhur aforizmlərindən seçmələr səsləndirilib.
Görkəmli ədibin 115 illik yubileyinə həsr olunmuş tədbir onun Gəncə şəhərində yerləşən ev-muzeyində davam edib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ADA Universitetinin rektoru Hafiz Paşayev, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Bakı Dövlət Universitetinin professoru Ədibə Paşayeva və başqaları iştirak ediblər.   

BDU-nun rektoru Elçin Babayev görkəmli alim, pedaqoq Mir Cəlal Paşayevin xatirəsini özündə yaşadan bu muzeyi ziyarət etməyin mənəvi borc olduğunu bildirib.  

Qeyd edilib ki, aprelin 18-də  BDU-da böyük yazıçı və alimin 115 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib: “BDU-nun nüfuzlu professoru, sevimli müəllimi kimi xatirələrdə daim yaşayan Mir Cəlal müəllim həqiqət, düzlük, səmimiyyət aşiqi, ailəsini, övladlarını, tələbələrini sevən, qoruyan şəxsiyyət olub.

Onun bu kəlamı indi də dillər əzbəridir:

"Həyatımda yaratdığım ən böyük əsər ailəmdir". Bu, Mir Cəlal müəllimin ailəsinə, övladlarına olan məhəbbətinin təzahürü idi". 

Sonra rektor Elçin Babayev ev-muzeyinə görkəmli ədibin az nüsxədə mövcud olan "Seçilmiş hekayələr (1940)", "Sevinc (1950)" kitablarını  və kömpüter dəstini hədiyyə edib. 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək bildirib ki, Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi, Əməkdar elm xadimi Mir Cəlal Paşayev xalqımızın ziyalı və elmi mühitinin ən parlaq simalarındandır. Bu böyük şəxsiyyət öz yaradıcılığı, ictimai və elmi fəaliyyəti ilə tariximizdə əbədi iz qoyub.  

ADA Universitetinin rektoru Hafiz Paşayev Mir Cəlal Paşayevin irsinin öyrənilməsi və təbliği istiqamətində BDU-nun təşəbbüsünü alqışladığını, tələbələrin də bu işdə yaxından iştirakından sevinc hissi keçirdiyini bildirib.  

Daha sonra BDU-nun tələbələri arasında böyük yazıçı və alim Mir Cəlal Paşayevin 115 illik yubileyi münasibətilə elan edilmiş qısa hekayə müsabiqəsinin nəticələri elan olunub. Müsabiqədə I yerə Filologiya fakültəsinin IV kurs tələbəsi Fidan Hüseynova, II yerə II kurs tələbəsi Nuridə İsmayılova, III yerə Hüquq fakültəsinin II kurs tələbəsi Nurlanə Şirinova layiq görülüblər. 

Mexanika-riyaziyyat fakültəsinin II kurs magistrantı Fatimə Musayeva və Filologiya fakültəsinin I kurs tələbəsi Aytac Salahlı müsabiqənin xüsusi mükafatını qazanıblar. Müsabiqədə I yerin qalibi Fidan Hüseynova öz hekayəsini oxuyub. 
Daha sonra BDU-nun rektoru muzeyin “Xatirə kitabı”na ürək sözlərini yazıb. 


















Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO