Sürücülük vəsiqəsinin verilməsi qaydası dəyişdirilir? – AÇIQLAMA 

Sürücülük vəsiqəsinin verilməsi qaydası dəyişdirilir? – AÇIQLAMA 

Hazırda oxunan: Sürücülük vəsiqəsinin verilməsi qaydası dəyişdirilir? – AÇIQLAMA 

131698

“Sürücülük vəsiqəsinin verilməsi qaydalarında təklif edilən dəyişiklikləri özündə əks etdirən qanun layihəsi hazırlana bilər”.

Bizim.Media xəbər verir ki, bunu millət vəkili Razi Nurullayev deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

İl ərzində Naxçıvanda neçə qadın sürücülük vəsiqəsi alır? - VİDEO 


O, əlavə edib ki, test üsulu ilə müəyyən müddətə verilən sürücülük vəsiqəsi pis olmazdı: 

“Çünki bu zaman həm sürücülük mədəniyyəti, həm yollarda davranış, qayda-qanuna əməl edilməsi və digər təcrübələr öyrənilə bilər. Buna uyğun qərar alınar. Bu qərarın qəbulu sürücülük mədəniyyətinin formalaşmasına səbəb olacaq”. 

Səslənən fikirlərə nəqliyyat üzrə ekspert Eldəniz Cəfərovun da fikirlərini öyrəndik. 

Ekspert Bizim.Media-ya açıqlamasında bildirib ki, millət vəkilinin təklif etdiyi üsul yaxşı üsuldur: 

“Bunun üçün qanunvericilik və mexanizm olmalıdır. Qanunvericilik dəyişdirilməlidir. Sürücülük vəsiqəsi imtahanının verilməsinə qədər qarşımızda bir məsələ var. Bu da ibtidai təhsildir. Bu sürücülük məktəbi və sürücülük kurslarını əhatə edir. Azərbaycanda bu kurslar və məktəblər formal xarakter daşıyır. Vətəndaşlar da, təlimçilər də buna ciddi yanaşmır. 

Məktəb və kurslarda sürücülük qabiliyyəti lazımi səviyyədə öyrədilmir. Bu məsələnin üzərində işləməyə ehtiyac var. Bakıdan fərqli olaraq bölgələrdə sürücülük məktəbi və kursu anlayışı demək olar ki, yoxdur. Hər kəs bir cürə avtomobil idarə etməyi öyrənir. Sonra da imtahan verməyə gəlirlər. 
İmtahan testlə aparılır. Yəni cavabları əzbərləyib, imtahandan keçmək olur. Amma testdən keçmək hələ o demək deyil ki, həmin adam yol hərəkət qaydalarını bilir. Bu da əvvəlki fikrimi aktuallaşdırır. Yəni hər şey sürücülük məktəbi və kurslarında həll edilir. Hətta, sürücülük mədəniyyəti də”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO