Bir qisim arıçı arıların yeşikdə deyil açıq havada öldüyünü iddia edir. Bəzi arıçılar isə xəstəliyin yayılmasını hibrid arıların qışdan yaza zəif çıxması ilə əlaqələndirir.
Bəs, əslində nə baş verir?
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən gün sosial şəbəkələrdə Qax rayonunun bir sıra kəndlərində arı ailələrində “Nozema serena ” xəstəliyinin yayılması barədə məlumatlar paylaşılıb. Qeyd olunurdu ki, bu virus arı ailələrində kəskin azalmaya səbəb olur.
Xəstəliyin yayıldığı deyilən yaşayış məntəqələrindən biri də Marsan kəndidir.
Arıçı İlyas Əhmədov yayılan bu xəbərdən heç də narahat deyil.
İlyas Əhmədov xəstəliyin yerli boz Qafqaz arı ailələrində müşahidə olunmadığını bildirir və əlavə edir ki, bu ancaq hibrid, yəni xaricdən gətirilən arı ailələrinin qışdan yaza zəif çıxması, xəstəliklərə qarşı dözümsüz olması ilə bağlı ola bilər.
İlyas Əhmədov bildirir ki, hibrid arılar çölə yem dalınca gedir və orda qidalanan zaman parazitlər aktivləşir. Bu zaman arılarda sinir sistemi pozulur və nəticədə arılar öz yuvalarına geri qayıda bilmir və tələf olurlar.
Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Vidadi Məmmədov arı xəstəlikləri ilə bağlı məsələni araşdırmaq məqsədi ilə kəndlərdə olub.
“Araşdırmalarımız zamanı məlum oldu ki, xəstəliklər daha çox hibrid arı ailələrində yayılıb. Bu xəstəliyin yayılmasının başlıca səbəbi arıçıların vaxtlı-vaxtında lazımı tədbirləri görməməsidir”.
Məsələ ilə əlaqədar Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətovunda münasibətini öyrəndik. Sosial şəbəkələrdə yayılan xəbərdən narahat olduğunu bildirən müsahibimiz bu xəstəliyin yeni olmadığını deyir.
“Arılarına lazımı qayğı göstərən, onların xəstəliklərdən qorunması üçün bütün tibbi –profilaktik tədbirləri görən təsərrüfatlardan bu xəstəliklər yan keçir. Bu təsərrüfatlara zərər dəysə də miqyası böyük olmur”.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
17:40 / 19.04.2023
Bal arıları niyə kütləvi qaydada məhv olur? – ARAŞDIRMA/FOTO
Hazırda oxunan: Bal arıları niyə kütləvi qaydada məhv olur? – ARAŞDIRMA/FOTO
Hazırda oxunan: Bal arıları niyə kütləvi qaydada məhv olur? – ARAŞDIRMA/FOTO
131688
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.