“Başqa planetdən gəlməmişəm. Bazarlardakı qiymətlərdən çox yaxşı xəbərim var. Çox bahaçılıqdır”.
Bunu bazarlardakı qiymətlərlə bağlı danışan millət vəkili Elman Nəsirov deyib.
Bizim.Media-ya açıqlama verən deputatın sözlərinə görə, çox pis haldır ki, hər bayramda qiymətlər qaldırılır:
MÖVZU İLƏ BAĞLI:
Hansı deputatlar bayramda iftar süfrəsi təşkil edəcək? – SORĞU
“Məsələn, Türkiyədə bayram ərəfəsində bir qayda olaraq qiymətlərdə endirim olur. Amma bizdə əksinədir. Bayramda əhalinin artan tələbatını görən işbazlar qiyməti süni şəkildə şişirdirlər. Mən bunun əleyhinəyəm və açıq şəkildə söyləyirəm”.
Millət vəkili onu da qeyd edib ki, bu əziz günlərdə hər kəsin təkcə mədəsi yox, nəfsi də oruc olmalıdır:
“Ramazan ayında imkanı olan hər kəs il boyu qazandığı vəsaitindən xərcləyir ki, kasıb insanları bir qədər sevindirsin. Bir az onların yükünü azaltsın. Pulu da kişi kimi qazanmaq lazımdır. Belə soyğunçuluğun nə Allah, nə də ki, bəndə yanında bəraəti yoxdur. Belə qazanılan pulun heç bərəkəti də olmur”.
Surxay Atakişiyev, Bizim.Media