Sərvər Bəşirli Əminə Ərdoğanın qonağı olub - FOTO

Sərvər Bəşirli Əminə Ərdoğanın qonağı olub - FOTO

Hazırda oxunan: Sərvər Bəşirli Əminə Ərdoğanın qonağı olub - FOTO

131630

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan ölkədə fevral ayında baş verən dağıdıcı zəlzələlərdən əziyyət çəkən və zəlzələ bölgəsində könüllü işlərdə iştirak edən bir qrup şəxslə birgə iftara qatılıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Ə.Ərdoğan tviter hesabında paylaşıb.

Tədbirə dəvət olunanlar arasında zəlzələdən əziyyət çəkənlərə öz maşını ilə yardım aparması ilə gündəmə gələn azərbaycanlı Sərvər Bəşirli də olub.

Qeyd edək ki, soydaşımız S.Bəşirli Türkiyədə zəlzələdən zərər görənlərə dəstək göstərən könüllü fəaliyyətlərə qoşulub.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO