Ölkə əhalisinin neçə faizi İranın Ermənistanın maraqlarını qoruduğunu düşünür? – SORĞU

Ölkə əhalisinin neçə faizi İranın Ermənistanın maraqlarını qoruduğunu düşünür? – SORĞU

Hazırda oxunan: Ölkə əhalisinin neçə faizi İranın Ermənistanın maraqlarını qoruduğunu düşünür? – SORĞU

131621

Əhalinin 76.8 faizi İranın regionda Ermənistanın maraqlarını qoruduğunu düşünür.

Bizim.Media xəbər verir ki, bununla bağlı Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ölkə əhalisinin neçə faizi iqtisadi vəziyyətindən məmnundur? – SORĞU 


Məlumatda deyilir ki, Azərbaycanın Tehrandakı səfirliyinə yanvarın 27-də edilmiş silahlı hücum və mart ayında baş verən insidentlərin xronologiyası ictimai-siyasi fikir məkanında müxtəlif istiqamətli müzakirələrə səbəb olub. 

Mövzunun aktuallığını və ictimai-siyasi aspektdən vacibliyini nəzərə alaraq, Sosial Tədqiqatlar Mərkəzi ictimaiyyətin baş verən hadisələrə dair fikirlərini öyrənmək məqsədilə sorğular keçirib.

“İranın regionda maraqlarını necə xarakterizə edirsiniz?” sualına münasibətdə respondentlərin 76.8 faizi İranın regionda Ermənistanın maraqlarını qoruduğunu, başqa sözlə öz regional maraqlarını Ermənistan üzərindən reallaşdırmağa çalışdığını bildirib. 

İştirakçıların 5.5 faizi İranın Ermənistan və Azərbaycana münasibətdə tərəfsiz mövqedə olduğunu, cəmi 3.4 faizi Azərbaycanın maraqlarını üstün tutduğunu ifadə edib. Respondentlərin 14.3 faizi isə bu barədə məlumatsız olduğunu bildirib, yaxud fikir bildirməkdə çətinlik çəkib. 

Sorğu çərçivəsində həmçinin respondentlərin “Sizcə, Azərbaycan İranla münasibətlərində ən çox hansı amili nəzərə almalıdır?” sualı ətrafında da fikirləri öyrənilib.

Respondentlərin əksəriyyəti, 77 faizə yaxını İranın regionda Ermənistanın maraqlarını qoruduğunu ifadə etdiyini bildirib. 29.7 faizi isə Azərbaycanın İranla münasibətlərində tarixi köklərin və qonşuluq əlaqələrinin nəzərə alınmalı olduğunu qeyd edib. 

“Sizcə, Azərbaycan İranla münasibətlərində ən çox hansı amili nəzərə almalıdır?” sualına iştirakçıların cəmi 1,6 faizi İranın dünyada təcrid olunmuş, sanksiyalara məruz qalmış ölkə olması cavabını verib, 7,0 faizi digər amilləri qeyd edib. Respondentlərin 17,7 faizi bu barədə fikir bildirməkdə çətinlik çəkib.
Bundan başqa, respondentlərin 64.8 faizi son baxtlar baş verən silahlı insidentləri xarici ölkələrin müdaxilə cəhdləri və təxribatları ilə əlaqələndirib. 


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO