Bayram namazının vaxtı AÇIQLANDI

Bayram namazının vaxtı AÇIQLANDI

Hazırda oxunan: Bayram namazının vaxtı AÇIQLANDI

131601

Ramazan ayının bayramı namazının vaxtı açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Bildirilib ki, Təzə Pir Məscidində bayram namazı aprelin 21 və 22-də qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin Ramazan bayramı münasibətilə təbrikində isə qeyd olunub ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumata görə, bu il Şəvval ayının 1-i Ramazan bayramı, inşallah, Miladi təqvimlə aprelin 21-nə təsadüf edir.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü — Bayram axşamı şam namazından sonradır. Qazılar Şurasının Fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.
Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO