Şagirdlərə psixoloji pasport VERİLƏCƏK? – Rəsmi AÇIQLAMA 

Şagirdlərə psixoloji pasport VERİLƏCƏK? – Rəsmi AÇIQLAMA 

Hazırda oxunan: Şagirdlərə psixoloji pasport VERİLƏCƏK? – Rəsmi AÇIQLAMA 

131599

Orta məktəb şagirdlərinin psixoloji pasportlarının  hazırlanması məsələsi yenidən aktuallaşıb. Bu pasportun şagirdlərin öncədən davranışlarını proqnozlaşdırmağa imkan verəcəyi bildirilir. 

Maraqlıdır, bu prosedur necə həyata keçiriləcək? Sözügedən pasportlar konkret hansı ekspertlər tərəfindən hazırlanacaq? Bu məsələdə rüşvət faktoru rol oynayacaqmı?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə şagirdlərin psixoloji pasport məsələsi reallaşsa, bu, mütərəqqi bir addım olar. Amma bunun nə dərəcədə reallaşacağı sual altındadır:
 

MÖVZU İLƏ BAĞLI:

Şagird davranış qaydalarının icrası ilə bağlı monitorinqlər BAŞLADI


“Bu gün ölkəmizdə 4440 təhsil müəssisəsində 1 milyon 600 mindən çox şagird təhsil alır. Bu şagirdlərin hər biri fərqli psixologiyalara və temperamentlərə sahibdirlər. Fərqli bilik və zəkaya malikdirlər.

Onlar haqqında ümumi informasiyanın formalaşması və müəyyən bir bazada yığılması gələcəkdə müəyyən qurumların bəlli məlumatlara sahib olması deməkdir. Bunun tətbiq olunması müəyyən qədər vaxt alır. 

Prosesin tətbiqi zamanı formal və qeyri-obyektiv məqamlar mütləq rədd edilməlidir. O baxımdan ki, hər hansı bir valideyn övladında olan kənar davranışları gizlətmək üçün rüşvət faktoruna keçəcəksə, bu müxanizm o qədər effektli olmayacaq. Məhz psixoloji pasportun hazırlanmasında konkret olaraq obyektiv şəxslərin bu prosesləri həyata keçirməsinə diqqət yetirilsin”. 

Ekspert psixoloji pasportdan bir çox ölkələrdə də istifadə olunduğunu vurğulayıb:

“Xarici ölkələrdə əsasən bu pasport tələbələr üçün hazırlanır. Məsələn, Rusiyada bir neçə universitetdə tələbələrin psixoloji pasportu var. Avropa ölkələrində həm məktəblərdə, həm də universitetlərdə belə pasportlar var. Azərbaycanda da həm şagirdlərin, həm də tələbələrin psixoloji pasportlarının hazırlanması məqbul olar.

Uşaq hər yaşda müxtəlif psixalogiyaya məxsus olduğu üçün burada məlumat bazasının yenilənməsi də vacibdir. Ümumilikdə bu işin görülməsi gələcəkdə baş verə biləcək neqativ halların qarşısının alınmasına xidmət edəcək. Yəni o məlumat bazasında şagird və ya tələbə haqda konkret fikir formalaşır. Amma prosesin nə qədər şəffaf həyata keçiriləcəyi sual altındadır”. 
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov isə saytımıza bildirib ki, şagirdlərə psixoloji pasportun verilməsi məsələsi hələki gündəmdə deyil. 

Alçina Amilqızı, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO