Fazil Mustafa istintaqa ifadə verdi

Fazil Mustafa istintaqa ifadə verdi

Hazırda oxunan: Fazil Mustafa istintaqa ifadə verdi

131596

Sui-qəsd cəhdinə məruz qalan Milli Məclisin deputatı Fazil Mustafa istintaqa ifadə verib. 

Bizim.Media xəbər verir ki, bu barədə lent.az-a millət vəkilinin özü məlumat verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Fazil Mustafa səhhətindən danışdı: “3-4 günə tikişlərim söküləcək"


Ona qarşı törədilən terrorla bağlı hələlik heç bir yeniliyin olmadığını dilə gətirən F.Mustafa istintaqın gedişini gözlədiyini deyib:

“Bu barədə bilgim yoxdur. Hələlik mənə heç bir açıqlama verilməyib. Zərərçəkmiş şəxs kimi mənim ifadəmi alıblar. Qalan məsələlərlə bağlı məlumatım yoxdur. İstintaqı gözləyirəm”.  

Qeyd edək ki, martın 28-i saat 21:51 radələrində Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.

Hadisəni törətməkdə şübhəli bilinən bir neçə nəfər saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO